Şadlıq sarayının pilləkənlərindən yıxılan kişi xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında Qax şəhərindəki şadlıq evlərinin birində pilləkənlərdən yıxılaraq ağır xəsarət alan əslən Ağdam rayonundan olan və Zaqatalada yaşayan  2002-ci il təvəllüdlü  Qarayev Orxan Nizami oğlu  bu gün səhər saatlarında müalicə aldığı Qax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün morqa yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli