Zaqatala-Qax sərhədində zəlzələ olub.

“Unikal” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 04:59-da 3.3 maqnitudalı və 17 km dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün səhər 05:46-da Qala stansiyasından 76 km şimal-şərqdə Xəzər dənizində də zəlzələ qeydə alınıb.