Şəki rayonunda “VAZ” markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə Şəki -Oğuz avtomobil yolunun rayonun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki,hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “VAZ 2101” markalı minik avtomobillə toqquşub, nəticədə “VAZ 2101” markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli