Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər. Onlardan biri sudan çıxmağı bacarsa da, digərinə isə kömək etmək istəyən şəxs öz həyatını riskə ataraq dənizə girib.

2009-cu il təvəllüdlü Əli Cabbarov və ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.

Onların axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.