İsmayıllı rayonunun Bizlan kəndində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza iyulun 26-da qeydə alınıb.
Belə ki, "AzSamand" markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Seymur Əli