Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olann “KamAZ” markalı yük maşını idarə etmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb. Yük maşının yük yerində olan daşlar yola dağlıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Yük avtomobilinin və onun yük yerində olan daşların ərazidən götürülməsi istiqamətində iş gedir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov