Şəmkirdə kişi meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü (34 yaş), ruhi xəstəlikdən əziyyət çəkən Ələsgərov Elvin Fəzayıl oğlunun yaşadığı ünvanda meyiti tapılıb. 34 yaşlı kişinin meyti yaxınları tərəfindən  aşkarlanıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov