27.07.2025-ci il tarixində saat 23:55 radələrində xəsarət alan 1973-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Göstərilən tədbirlərə baxmayaraq, 28.07.2025-ci il tarixində saat 00:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

***13:29

Tovuzda qətl olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, 1973-cu il təvəllüdlü V.Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 48 yaşlı kişi əməliyyat zamanı ölüb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçidikləri müvafiq tədbirlər nəticəsində V. Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov