Xəbər verdiyimiz kimi, dünya pop səhnəsinin əfsanəvi ulduzu Cennifer Lopez “JLO Live in 2025” dünya turnesi çərçivəsində Türkiyədə 2 konsert verib. 

"Unikal" xəbər verir ki, sənətçi iyulun 1-də Antalyada, iyulun 4-də “Yenikapı Festivalpark”da canlı konsert proqramı ilə çıxış edib. 

Konsertdən sonra bəzi türk məşhurlar Cenniferlə birgə foto paylaşıb. Məlum olub ki, müğənni ilə foto çəkdirmək 1 milyon TL -yə ( 41 900 AZN) başa gəlir. 

Milyon TL ödəyib foto çəkdirənlər sırasında, aktrisalar Hande Soral, Seda Bakan, Bensu Soral, Gamze Erçel və aktyor İsmail Demirci kimi məşhurlar olub.  

Ümumillikdə 50 nəfər 1 milyon TL ödəyərək C. Lopezlə foto çəkdirməyə nail olub. 

Gülayə Mecid