Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti sərhəddə gömrük nəzarətinin pozulması ilə bağlı bu gün mətbuatda yayılan formasiyaya cavab olaraq bəyanat yayıb.
"Unikal" xəbər verir ki, qurum rəsmi olaraq bəyan edib ki, ölkənin gömrük ərazisində malların daşınması, eləcə də fiziki şəxslər tərəfindən bütün buraxılış məntəqələri vasitəsilə sərhəddən keçirilməsi təxirə salınmadan həyata keçirilir.
Bütün ölkə ərazisində gecə-gündüz iş rejimini təmin etmək məqsədilə gömrük əməkdaşlarının növbəsi artırılıb.
Agentlik sabit beynəlxalq yük dövriyyəsini təmin etmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistan gömrük orqanları ilə fəal koordinasiya aparır.
Bütün nəzarət-buraxılış məntəqələrində müasir rentgen skanerləri quraşdırılıb ki, bu da yoxlama prosedurlarının daha sürətli aparılmasına və təhlükəsizliyin artırılmasına imkan verir.
Gəlir Xidməti ictimaiyyəti sərhəddə yüklərə nəzarət prosedurları ilə bağlı yalan və potensial zərərli məlumat yaymaqdan çəkinməyə çağırır.