Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımovanın yas mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, mərasimə  Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov,  QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də qatılıblar.

Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib,  Allahdan rəhmət və səbir diləyib. 

Qeyd edək ki, Natiq Qasımov Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük fədakarlıq göstərib və ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.