Bu ilin 6 ayında 1080 Azərbaycan vətəndaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikahı rəsmiləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Beynəlxalq nikaha daxil olanlar arasında kişilər üstünlük təşkil edir - 599 nəfər, qadınlar isə 481 nəfərdir.

Ən çox nikah Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Pakistan vətəndaşları ilə bağlanıb.