İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani sabah Bakıda görüşəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb. 

Qeyd olunub ki, tərəflərin müzakirə edəcəyi əsas məsələ “Suriyanın cənubunda təhlükəsizlik məsələsidir”.

Ötən həftə Dermer və Şeybani Parisdə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşüb və Suriyanın cənubundakı Əs-Suveyda əyalətindəki ağır vəziyyəti müzakirə ediblər.

*** 19:11

Sabah Bakıda Suriya və İsrail nazirləri arasında görüş keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə AFP diplomatik mənbələrə istinadən məlumat yayıb. 

Xatırladaq ki, mətbuatda ötən həftə analoji görüşün Azərbaycanın paytaxtında keçirilməli olduğu barədə məlumatlar yayılmışdı. Lakin görüşün baş tutub-tutmaması ilə bağlı heç bir təsdiq yoxdur.

Məlumata görə, Suriya prezidenti Əhməd əl-Şaraanın Bakıya səfəri çərçivəsində iyulun birinci yarısında artıq Bakıda Suriya və İsrail nümayəndələri arasında bir görüş keçirilib. Əl-Şaraa özü o zaman İsrail nümayəndələri ilə görüşməyib.