Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
"Unikal"ın məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.