ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesablarında məlumat verilib.

“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Emi Karlon ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsinə bu ayın əvvəli təyin olunub.