Türkiyəli müğənni Rza Tamerin Bakı konserti təxirə düşüb.
"Unikal" xəbər verir ki, Rza paytaxtımıza gəlsə də, səhnəyə çıxmaqdan imtina edib.
Rza bildirib ki, Bakıda şəhər gəzintisinə gedib. Məkanlarda türk lirəsi qəbul edilməyib. Bu isə onun xoşuna gəlməyib və konsertdən imtina edib.
Rza türk lirəsinin istifadə olunmadığı bütün ölkələrdə səhnəyə çıxmaqdan imtina edəcəyini açıqlayıb.
Qeyd edək ki, son günlər türkiyəli müğənni Zeynep Bastıkla oxuduğu "Benden sonra" mahnısı ilə məşhurlaşıb.