Cəlilabad rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı Mercedes markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev