Cəlilabadda yol qəzasında ölən və xəsarət alanların kimliyi bilinib.
"Unikal"ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, avqust ayının 1-də saat 7 radələrində N.Abbasov idarə etdiyi "QAZ 53" markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.
Araşdırma aparılır.
*** 09:00
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, qəza hadisəsi rayonun Əsədli kəndi ərazisində olub.
Hərəkətdə olan "QAZ 53" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev