Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

"Unikal” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.

*** 11:22

Məlum olduğu kimi, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, mərhumun nəşi "Təzəpir" məscidinə gətirilib.

Qeyd edək ki, Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Foto-Video: Ayxan Məlikov

***

10:04

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib.

"Unikal" xəbər verir ki, Arif Babayev I Fəxri xiyabanda torpağa tapşırılacaq.