Xəbər verdiyimiz kimi, məşhur amerikalı müğənni Castin Timberleyk Bakıda konsert verib. Konsertə gələn xanımlardan biri "Castin, mənə evlənməyə kömək et!" posteri ilə qısa müddətdə məşhur olub.  

"Unikal" xəbər verir ki, sözügedən plakatın müəllifi rusiyalı Kristina Lefterova bu barədə açıqlama verib. 

O, Bakıya ilk dəfə gəldidiyini deyib: "Bu şəhəri çox bəyəndim. Elə oldu ki, Azərbaycanla Castin Timberleykin sayəsində tanış oldum. Uşaqlıqdan onun mahnıları ilə çoxlu rəqs etmişəm. Konsertə təsadüfən gəldim. Bir dostum planları dəyişdiyi üçün mənə Bakıda konsertə bilet təklif etdi. Bir gündə qərar verdim və Bakıya bilet aldım".

Kristina poster ideyasının necə yarandığına da aydınlıq gətirib: "Səfərə hazırlaşarkən fikirləşdim ki, Timberleyk üçün poster yazmalıyam. Mən qısa boyluyam və istəyirdim ki, o, məni bu böyük izdihamın içində görsün və bəlkə məni ön sıralara, səhnəyə daha yaxın yerə dəvət etsin. Minlərlə insanın konsertlərdə etdiyi kimi ona sevgimi elan etməklə diqqəti cəlb etmədim. Fikirləşdim ki, mən subay qızam və niyə belə bir cəsarətli hərəkət etməməliyəm? Baxmayaraq ki, əslində belə bir plakatla təyyarəyə və ya konsertə icazə veriləcəyimə əmin deyildim. Amma bu fikir beynimdə ilişdi və mənə rahatlıq vermədi. Mən çamadanımı yığmaq əvəzinə rəsm kağızı və boya almağa getdim. 

Əslində, posteri götürməyə bir az utanırdım. Böyük idi və arxamda dayanan insanlar buna görə heç nə görə bilmədiklərini söylədilər. Konsertə gəldiyim uşaqlar sonda məni ruhlandırdılar. Mən posteri götürdüm və Timberleyk bunu gördü. Sonra izdiham məni səhnəyə doğru apardı. Castin məni gördüyü üçün inanılmaz dərəcədə sevindim və hətta bir az danışa bildik.

Posterə telefon nömrəsi yazmağı düşünmürdüm, onu dostum əlavə etdi. Dedi ki: "bəs səni görsə, bundan sonra nə edəcəksən? Telefon nömrənizi yazaq". İndi heyfsilənirəm, sosial şəbəkələrdə profil yazmaq daha yaxşı olardı. Çünki nə mən, nə də telefonum gələcəklərə hazır deyildik. Konsert zamanı səhnədə baş verənlərdən yayınmamaq üçün telefonu uçuş rejiminə keçirdim. Telefonumu yandıranda düşündüm ki, bir növ nasazlıq var - çünki yüzlərlə mesaj alırdım. Və onların sayı 2000-dən çox olduqdan sonra WhatsApp dondu. Amma mənim üçün maraqlı təcrübə oldu, heç nəyə peşman deyiləm. Mən doğrudan da məşhurlaşdım, haqqımda Rusiyada, Azərbaycanda yazırlar.

Maraqlısı odur ki, konsertdən sonra mənə mesaj yazanların çoxu azərbaycanlı idi. Əslində mən Azərbaycan kişilərinin bu qədər sərt və ciddi olduğunu düşünürdüm. Amma Bakıya gələndən sonra anladım ki, onlar necə mehribandırlar, həmişə kömək etməyə hazırdırlar. Yəqin ki, azərbaycanlı bəylə evlənməyi nəzərdən keçirərdim. Həyat sürprizlərlə doludur".

Ağarza Elçinoğlu