Ceyms Kemeronun rejissorluğunu etdiyi "Avatar" filminin antologiya serialı çəkiləcək.

"Unikal" xəbər verir ki, bu barədə rejissor "Empire" jurnalına verdiyi müsahibədə bildirib. O qeyd edib ki, artıq "Disney" rəhbərliyi ilə bu barədə danışıqlar aparıb.

Mümkün süjetlər arasında personajların keçmişi, yaxud filmlərdə əks olunmayan hadisələr olacaq. Layihənin konkret tamamlanma tarixi hələ müəyyən olunmayıb.

Qeyd edək ki, Kemeronun lentə aldığı “Avatar: Od və kül” adlı filmin premyerası dekabrın 19-da baş tutacaq.