"Bavariya"nın yarımmüdafiəçisi Aleksandar Pavloviç məşq zamanı gözündən zədə alıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı futbolçu əməliyyat olunub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, ötən mövsüm Pavloviç "Bavariya"nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub.