Torontoda yaşayan, 44 günlük Vətən müharibəsinin iştirakçısı- 27 yaşlı Sadiq Adıgözəlov Kanadada qəfil dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə "Avropa azərbaycanlıları" səhifəsi məlumat yayıb.
Qeyd edilib ki, mərhumun cənazəsini Azərbaycana gətirmək üçün yüksək məbləğ tələb olunur. Bunun üçün həmvətənlərimizdən maddi dəstək göstərmələri xahiş olunub.