Braziliya millisinin sabiq futbolçusu David Luisin yeni komandası bəlli olub.
"Unikal" xəbər verir ki, 38 yaşlı müdafiəçi Yunanıstan təmsilçisi “Pafos”a keçib. Onunla 2 illik müqavilə imzalanıb.
Təcrübəli oyunçu son olaraq ölkəsində “Fortaleza”da çıxış edib.
Qeyd edək ki, David Luis karyerası ərzində “Benfika”, “Çelsi”, PSJ, “Arsenal” kimi məşhur klublarda oynayıb. O, Braziliya millisinin heyətində 57 matçda 3 qolla yadda qalıb.