Bakıda dörd otaqlı ev yanıb.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.