Dünya şöhrətli müğənni Cennifer Lopez İstanbulda görüntülənib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərə gələn kimi alış-verişə çıxan ulduz İstinye Parkdakı lüks mağazalardan birini bağlayıb, şəxsi alış-veriş edib.

Milyonlar xərcləyən sənətçi xüsusilə çanta və geyimlərə diqqət yetirib.

Məlumata görə, “Chanel”in mühafizəçisi Lopezi tanımadan “doluyuq” deyərək onu içəri buraxmayıb. Bu, Lopezin xoşuna gəlməyib və məkanı tərk edib. Daha sonra mühafizəçi onu tanıyıb və mağazaya dəvət edib.  Lopez isə bundan imtina edib. 

Qeyd edək ki, Cennifer Lopez Antalyadakı konsertindən sonra avqustun 5-də (bu gün) İstanbulda səhnəyə çıxacaq.