Polşa səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu, Polşanın baş naziri Donald Tuskun Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlamaları ilə bağlıdır.

İsrail Xarici İşlər Nazirliyi “baş nazirin qəbuledilməz bəyanatlarından sonra” Polşa tərəfinə demarş verdiyini bildirib.

Tuskun sosial şəbəkədəki paylaşımı İsraili qəzəbləndirin. Belə ki, Polşanın baş naziri ölkəsinin terrorla mübarizədə İsrailin tərəfində olacağını, "lakin heç vaxt hərəkətləri ilə ana və uşaqların aclığına və ölümünə səbəb olan siyasətçilərin tərəfində olmayacağını" söyləyib

Polşa Xarici İşlər Nazirliyi daha sonra bəyanat yayaraq, Polşanın İsrailin özünümüdafiə hüququnu tanıdığını, lakin Qəzza zolağında mülki əhali arasında itkilərin sayını məqbul hesab etmədiyini vurğulayıb.