Amerika hakimiyyəti Rusiya senatoru Süleyman Kərimova məxsus olduğu iddia edilən müsadirə edilmiş "Amadea" yaxtasını hərraca çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə "NBC News" nəşri məlumat dərc edib.
Yaxta sentyabrın 10-da hərraca çıxarılacaq. Hərrac "Amadean"ı Ficidən Kaliforniyanın San Dieqo limanına çatdıran "National Maritime Services" tərəfindən keçirilir.
100 metrlik yaxtanın ilkin dəyəri təxminən 325 milyon dollardır. Gəmi üzgüçülük hovuzu, idman zalı və helikopter meydançası ilə təchiz olunub. Yaxtanın kabinləri 16 sərnişin üçün nəzərdə tutulub, ekipajda 36 nəfər var.
Məlumata görə, hərracda iştirak etmək istəyənlər 10 milyon dollar depozit qoymalıdırlar.
Gülayə Mecid