“Qremmi” mükafatını qazanan ilk Latın Amerikalı pianoçu, bəstəkar və dirijor Eddi Palmieri 89 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Sənətçi uzun sürən xəstəlikdən sonra Nyu-Cersidəki evində dünyasını dəyişib.
Qeyd edək ki, musiqiçi karyerası ərzində səkkiz "Qremmi" mükafatı qazanmış və 40-a yaxın albom buraxaraq Latın Amerikası səhnəsinin inkişafına mühüm təsir göstərmişdir. Onun innovativ yanaşması rumba və latın cazının səsini dəyişib. İlk mükafatını 1975-ci ildə "Latın Musiqisinin Günəşi" albomu ilə qazanıb. O, ömrünün son günlərində də musiqi yazmağa davam edib və koronavirus pandemiyası zamanı onlayn konsertlər verib.