"İmişli" klubu sabiq futbolçusu Xəzər Mahmudovu geri qaytarıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2023/2024 mövsümündə də "İmişli"də oynamış futbolçunun son klubu Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” olub.