Qaxa istirahətə gələn 54 yaşlı kişi dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Kürdəmir rayonundan Qaxa istirahətə gələn 1971-ci il təvəllüdlü Kərimov Namiq Əliabbas oğlu rayonun Ağcay kəndində hovuzda çimərkən halı pisləşib və o, Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıllb. Göstərilən tibbi yardımlara baxmayaraq, N.Kərimov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli