Yazıçı Dmitri Bıkov beynəlxalq axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Bıkov iyulun 28-də beynəlxalq axtarışa verilib. Avqustun 8-də Moskva məhkəməsi Bıkov barəsində iki ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçib. Yazıçı Rusiya Silahlı Qüvvələri ilə bağlı yalan məlumat yaymaqda və xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməkdən yayınmaqda ittiham olunur.

Qeyd edək ki, Dmitri Bıkov Rusiya Yazıçılar Birliyinin üzvü və iki dəfə Milli Bestseller ədəbi mükafatının laureatıdır. O, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib, ABŞ-yə köçüb. 

Gülayə Mecid