"Expressbank" “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində ardıcıl ekoloji aksiyalar keçirməyə davam edir. 

"Unikal" xəbər verir ki, Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər Günü münasibətilə Bakının Bilgəh sahilindəki ərazidə genişmiqyaslı təmizlik aksiyası həyata keçirib. Aksiya çərçivəsində sahil zolağı tullantılardan təmizlənərək Xəzər dənizinin ekoloji durumuna diqqət çəkilib. 

Çimərlik mövsümü ilə əlaqədar sahil zolağının məişət tullantıları ilə çirklənməsi ekosistemin sağlamlığı üçün ciddi təhlükə törədir və antisanitar vəziyyət yaratmaqla müxtəlif virusların yayılmasına səbəb olur. Buna görə də, belə təmizlik aksiyaları həm ətraf mühitin qorunmasına, həm də ictimaiyyətin ekoloji maarifləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Expressbankın korporativ sosial məsuliyyət strategiyasında ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayrılır. Bankın bu istiqamətdəki fəaliyyəti həm müstəqil, həm də ABA-nın təşkilatçılığı ilə həyata keçirilən layihələrdə özünü göstərir. 

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" - İşiniz rahat getsin!