Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 3-nün əməliyyat gəlirləri 400 milyon manatdan çox olub.

"Unikal" Yurd.Media-ya istinadən xəbər verir ki, bunlar, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və “PAŞA Bank”dır. Bu bankların cəmi əməliyyat gəlirləri 2 milyard manatdan çox olub.

Hesabat dövründə 4 bankın əməliyyat gəlirləri 100-200 milyon manat arasında, 13 bankın əməliyyat gəlirləri 10-100 milyon manat arasında, 2 bankın əməliyyat gəlirləri isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 21-nin əməliyyat gəlirləri artıb, 1-nin isə azalıb. Əməliyyat gəlirlərini ən çox artıran bank “Zıraat Bank Azərbaycan” (39,1%), ən az artıran bank isə “AFB Bank” (4,9%) olub. “Yelo Bank”ın əməliyyat gəlirləri 3,5% azalıb.