İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Papua əyalətinin Abepura bölgəsindən təxminən 193 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ yerin təxminən 10 kilometr dərinliyində baş verib.