"Nikol Paşinyan Azərbaycanın Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə, xüsusən də Müstəqillik Bəyannaməsinə istinaddan imtina edilməsinə razılıq verib".

"Unikal" xəbər verir ki, bu  barədə Ermənistanın "Hraparak" qəzeti yazıb. 

"Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir ki, sülh müqaviləsi paraflandıqdan sonra biz Sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq.

Bu razılaşmadan sonra Ermənistan Respublikasnın Konstitusiyası dəyişdiriləcək,  bundan sonra onlar sazişin yalnız yekun variantını imzalayacaqlar. Qeyd edək ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. Əldə etdiyimiz məlumata görə, bu şura tezliklə yeni konstitusiya yazmaq üçün aktiv iclaslar keçirəcək",  - qəzet qeyd edib. 

Gülayə Mecid