Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 181 milyon 764,2 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
"Unikal" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
O cümlədən, 7 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 47 milyon 472,7 min manat təşkil edib.