İngiltərənin "Liverpul" futbol klubu Covanni Leoni transferini rəsmiləşdirib.
"Unikal" xəbər verir ki, bu keçid üçün “Parma” klubuna 35 milyon avro ödənilib.
Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Leoni “qırmızılar”da 15 nömrəli formanı geyinəcək. Gənc istedadla “İnter”, “Milan”, “Mançester Yunayted” və “Nyukasl” da maraqlanırdı.
Xatırladaq ki, Covanni ötən mövsümdə A Seriyasında keçirdiyi 17 oyunda bir qol vurub.