Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlardan sonra Avropa Şurasının sədri Antonio Kosta, NATO-nun baş katibi Mark Rutte və bir sıra Aİ ölkələrinin liderləri ilə məsləhətləşmələr aparır.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

"Avropa Komissiyasının rəhbəri hazırda Fransa, Almaniya, İtaliya, Finlandiya, Böyük Britaniya və Polşa liderləri ilə danışıqlar aparır", - məlumatda qeyd olunub. m

Daha əvvəl bildirilmişdi ki, Putinlə görüşdən sonra Tramp Vladimir Zelenski ilə uzun telefon danışığı aparıb , daha sonra NATO ölkələrinin liderləri ilə sammiti müzakirə edib.