Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,46 ABŞ dolları və ya 0,67% azalaraq 68,13 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,59 ABŞ dolları idi.