"Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə yanaşı, regionda kommunikasiya kanallarını yenidən açmaqdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla birgə bəyanatı zamanı deyib.

Onun sözlərinə görə, regional infrastrukturların blokdan çıxarılması müxtəlif tərəfdaşlar arasında dialoqun təşviqinə xidmət edəcək: "Praktikada bu, Ermənistan və İran arasında, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti ilə dəmir yolu əməkdaşlığı üçün yeni qapılar açacaq ki, bu da İranın Ermənistana və Qara dənizə dəmir yolu çıxışı deməkdir. Bu, "Sülhün kəsişməsi" layihəsinə tam uyğundur".

Ağarza Elçinoğlu