Ukrayna Silahlı Qüvvələri Zaporoje vilayətinin işğal olunmuş ərazisində Rusiyaya məxsus yük qatarını tanklarla məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petro Andryuşenko açıqlayıb. 

"Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Zaporojya vilayəti ilə yanacaq daşıyan işğalçı yük qatarını məhv edib. Hücumdan sonra bu istiqamətdə dəmir yolu xəttindən geriyə yalnız xarabalıqlar qalıb - salamat heç nə qalmayıb", - məlumatda deyilir.

Ağarza Elçinoğlu