Azərbaycan Avrasiya İttifaqına qoşulacaqmı?
10:50 03-10-2013
CƏMİYYƏT
Azərbaycan Avrasiya
İttifaqına qoşulacaqmı?
Rusiyanın təzyiq dili işə düşə bilər
Azərbaycanın Rusiyanın yeni SSRİ modeli kimi ortaya atdığı Avrasiya İttifaqına qoşulmaqdan vaz keçməsi rəsmi Moskvanın siyasi maraqlarına zərbə vurdu. Azərbaycan rəsmiləri isə dəfələrlə bəyan edib ki, yalnız suverenlik çərçivəsində dövlətimiz Avrasiya və Gömrük İttifaqına üzv ola bilər. Belə olan məqamda isə Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlük məsələsi də gündəmə gəlib.
Digər tərəfdən, rəsmi Bakı 2014-cü ilə qədər Gömrük İttifaqına da qoşulmaq barədə qərarını açıqlamalıdır. Azərbaycan Gömrük İttifaqına daxil ola bilərmi?Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Gömrük İttifaqı ilə yanaşı Avropa Birliyi ilə də assosiativ üzvlüyü də imzalamağa çalışmır. “Bununla da Azərbaycan neytral siyasət yürüdür. Ancaq bu arada Rusiyanın Azərbaycana təzyiqləri də artır. Ermənistandan fərqli olaraq Ukrayna da təzyiqlərə davam gətirir”-deyən siyasi analitikin sözlərinə görə Azərbaycan hakimiyyətinin Gömrük İttifaqı məsələsində mövqeyi dəyişilməyəcək.Politoloq bildirib ki, Azərbaycan yalnız bir istək əsasında Gİ-yə daxil ola bilər. “Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirsə, işğal altındakı torpaqların boşaldılmasında rol oynasa, Azərbaycan da Gömrük İttifaqına üzv ola bilər. Qarabağ konfliktinin çözümündə Rusiya müsbət addımlar atmasa, Azərbaycan da Kremlin yaratdığı birliyə qoşulmayacaq. Mən inanmıram ki, Bakı bu şərtlər daxilində Gömrük İttifaqına yaşıl işıq yandırar”-deyə siyasi təhlilçi qeyd edib.Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlük məsələsini də şərh edən E. Şahinoğlu vurğulayıb ki, bu sazişin imzalanması Bakının xeyrinə işləyə bilər. “Ancaq çox təəssüf ki, Azərbaycan hakimiyyəti çox fərqli siyasət yürüdür. Hələ ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ anlaşma imzalamağa tələsmir. Bunun əvəzinə ola bilər ki, vizaların sadələşdirilməsi ilə bağlı Azərbaycan Avropa Birliyi ilə razılıq əldə edə bilər”.Siyasi şərhçinin fikrincə, Azərbaycanın gələcəyi, siyasi perspektivi bütün hallarda Aİ-lə inteqrasiyadan keçir. O söyləyib ki, Azərbaycanın yaxın müttəfiqləri olan Gürcüstan, Ukrayna, Moldova Aİ-lə adıçəkilən saziş imzalasa, rəsmi Bakının da belə addım atacağı qaçılmaz olacaq.
Amma ekspertin bu fikirləri ilə razılaşmayanlarda var. Belə ki, hesab edilir ki, Rusiya heç bir halda Dağlıq Qarabağ probleminin həllinə cəhd etməyəcək. Çünki məhz bu problemə görə Rusiya istədiyi zaman Azərbaycana təzyiqlər edir. Amma Rusiya Azərbaycanın ittifaqa qoşulması üçün başqa təzyiqlərdən də istifadə edə bilər. Tutalım Rusiyada yaşayan milyonlarla azərbaycanlını ölkədən çıxartmaqla Rusiya Azərbaycana ağır zərbə vurmuş olar. Bundan başqa Azərbaycan ordusunun 70 faizlik təminatı Rusiya silahları ilə təmin edilir. Rusiya bunu kəsməklə Azərbaycanı çıxılmaz vəziyyətə sala bilər. Məhz bu amillərə görə hesab etmirlər ki, Rusiya Dağlıq Qarabağ güzəştinə getsin. Amma buda vurğulanır ki, Rusiya Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları geri qaytarmağa razılıq verə bilər. Əslində Ermənistan cəmiyyəti də bu rayonların qaytarılmasını mümkün hesab edirlər. ATƏT-in Minsk qrupunun son müzakirəyə çıxartdığı məsələdə məhz 6 rayonun geri qaytarılması ilə bağlı idi.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12