Asəf Quliyev Əli Kərimlidən imtina etdi
12:31 05-10-2013
İQTİSADİYYAT
Asəf Quliyev Əli Kərimlidən imtina etdi
AXCP-də kütləvi istefalara start verildi
AXCP sədrinin müavini və Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev bildirib ki, Milli Şuradan və AXCP üzvlüyündən istefa verib: “Səbəb barədə geniş açıqlama vermək istəmirəm. Zərurət olarsa, sonra açıqlama verərəm. Oktyabrın 5-dəki mitinqdə adi vətəndaş kimi iştirak edəcəyəm.
Sadəcə bunları deyim, Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ-ın fəaliyyətində nöqsanlara yer verilməsi, daxili ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum. Şübhəsiz ki, yenə də bu yolda olacağam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim”.Bunu da qeyd edək ki, ötən gündə başqa bir cəbhəçi həbsxanada partiyadan imtina etmişdi. Müşahidəçilər bildirir ki, bu istefaların sayı daha da artacaq. Çünki bir tərəfdən Milli Şuranın Rusiyanın projesi olduğu ortaya çıxdı, digər tərəfdən isə artıq vahid namizəd olan Cəmil Həsənlinin qələbəsinə inamları qalmayıb. Həmçinin bu günlərdə məlum oldu ki, AXCP sədri cəbhəçiləri aldadıbmış və adi cəbhəçilər səfalət içində yaşasalarda onun banklarda 8 milyon manat pulu olub.Bu isə sözsüz ki, cəbhəçilərə ciddi psixoloji təsir edib və bu səbəbdən yarpaqtökmə prosesi başlayıb. Bunu da qeyd edək ki, AXCP sədrinin digər müavini Fuad Qəhramanlıda açıqlama verərək bu istefadan təssüfləndiyini deyib. AXCP sədrinin müavini Asəf Quliyevin öz postundan istefa verməsi siyasilər tərəfindən birmənalı şəkildə qarşılanmadı. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Unikal”a bildirdiyinə görə, “Asəf Quliyev AXCP-də xüsusi siyasi çəkisi olan bir fiqur deyildi və bu istefada siyasi-fantastik qəribəliklər axtarmağına dəyməz. Mənim hələ hərəkatın Naxçıvandakı dövründən apardığım müşahidələrə görə, Asəf Quliyev siyasi proseslərə bir qədər radikal və eyni zamanda bir qədər də avantürist şəkildə yanaşan siyasi funksioner olub”.
Partiya sədrinin dediyinə görə, “Son illərdə olduqca önəmli fiqurlar AXCP-ni tərk edib. Görünür, bu təşkilatda nələrsə düzgün qurulmur və zənnimcə, bu istefada bir qəribəlik yoxdur”.
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin “Unikal”a söylədiyinə görə, ”Asəf Quliyevi şəxsən yaxşı tanıdığıma görə tam əminliklə deyə bilərəm ki, o, asanlıqla təslim olub geri çəkilən insanlardan deyil. Asəf Quliyev həmişə milli və dövlətçilik maraqlarını üstün tutan şəxs olub.Onun istefa verməsi faktı AXCP daxilində ciddi problemlərin olduğunun konkret sübutu kimi dəyərləndirilə bilər. Seçkilərə lap az qaldığı bir dövrdə onun bu addımı atması çox ciddi mesajdır və AXCP-də mürəkkəb proseslərin getməsinə dəlalət edir”.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53