Rüstəm İbrahimbəyov yenə gündəmdə
12:33 05-10-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyov yenə gündəmdə
O,missiyasını sona çatdırdı
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması haqda prezident Putinə etdiyi müraciətə yenə də baxılmadı. Cənab İbrahimbəyov mətbuata verdiyi açıqlamada onun müraciətinə Azərbaycandakı prezident seçkisindən sonra baxılacağını deyib. Kino sahəsində peşəkar olduğu qədər , siyasətdə qeyri - peşəkar olan İbrahimbəyov növbəti dəfə Rusiyanın planları altında addımlar atdığını təsdiqləyib. Fikir verin...
"Müraciətimə seçkidən sonra baxılacaq. Ola bilsin ki, seçkidən sonra vəziyyət fərqli olsun. Mənim Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətimin əhəmiyyəti azala bilər". Bu sözlərin müəllifi məhz Rüstəm İbrahimbəyovdur. Cənab İbrahimbəyov müraciətinə məhz seçkidən sonra baxılacağını xüsusi ilə vurğulayır. Hesab edək ki, məşhur kinorejissor verdiyi bu açıqlamayla seçkidən sonra müxalifətin çiddi dirəniş göstərəcəyini və nəzəri baxımdan da olsa geniş xalq hərəkatının başlama ehtimalını nəzərə alaraq həmin vaxt Rusiya vətəndaşlığından çıxacağını deyir. Amma axı ,indi hamıya bəllidir ki, İbrahimbəyovun Milli Şura üzərində nəzarəti sıfıra bərabərdir. Milli Şuranın namizədi Cəmil Həsənlidir və liderliyi də professor edir. Eyni zamanda Milli Şura AXCP və Müsavat tərəfindən İbrahimbəyova sadiq şəxslərdən çoxdan alınıb. İndi İbrahimbəyovun Azərbaycan siyasətində rolu və yeri heç görünmür. Xüsusən də Putinin Bakıya səfərindən sonra. Bəli, məsələ Putinin səfəri ilə bağlıdır.
Putinin Bakıya rəsmi səfəri öncəsi hakimiyyət bu səfərdə müzakirə olunan məsələlərin detallarını ABŞ-la razılaşdırıbmış. "İlham Əliyev hakimiyyətinə tam dəstəyini ifadə edən ABŞ strateji məsələlər istisna olmaqla bir sıra məsələlərdə Rusiya ilə razılaşmanı tövsiyyə edibmiş. Danışıqlar elə bu axarda da gedib. Rusiya prezidenti gələn il Əfqanıstandan çıxarılan NATO qüvvələrinin Azərbaycanda yerləşdirilmə prespektivindən narahat olduqlarını və buna ölkəmizin razılıq verməməsini istəyib. Bundan başqa qonşu dövlətin başçısı Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığının genişlənməsindən narahat olduqlarını dilə gətirib. Eyni zamanda İzraillə də hərbi əməkdaşlığın dayandırılması Azərbaycandan istənilib. Bunun qarşılığında Rusiya Azərbaycanla bütün sahələrdə hərbi əməkdaşlığa açıq olduğunu bəyan edib. Görüş zamanı Putin ABŞ-ın Azərbaycana getdikcə artan nüfuzundan da narahat olduqlarını qeyd edib və bunun müəyyən bir çərçivəyə salınmasını Azərbaycanın dövlət başçısından istəyib. Prezident İlham Əliyev isə bütün bunların strateji məsələlər olduğunu və bu kimi məsələlərin Azərbaycanın maraqları çərçivəsində həll olunmasını vacib sayıb. Bundan sonra qərara alınıb ki, strateji məsələlərlə bağlı danışıqlar seçkilərdən sonra davam etdirilsin. Razılaşdırılmış məsələlərə gəlincə, enerji və hərbi- texniki təchizat məsələlərində kompiramis əldə olunub.
Belə ki, Azərbaycan müəyyən faizdə neftin və qazın Rusiya vasitəsi ilə daşınmasına razılıq verib. Bundan başqa Rusiyadan tankların və müəyyən hərbi texnikanın alınması da qərara alınıb. Eyni zanamda regionda təhlükəsizlik məsələsi ilə də bağlı razılıq əldə olunub. Belə ki, gələn il Soçidə keçriləcək olimpiadanın təşkilində və təhlükəsizliyində Azərbaycan Rusiyaya kömək edəcək. Həmçinin Azərbaycan Şimali Qafqaza sərmayə qoymağı öhdəsinə götürüb. Rusiya isə seçkidə İlham Əliyevə dəstək verəcəyini bəyan edib. Lakin seçkidən sonra bu məsələlərə yenidən qayıtmaq qərara alınıb. Beləliklə də Rusiya taim-aut götürərək seçkidən sonranı gözləyir. İlham Əliyev hakimiyyəti isə ABŞ-ın tam dəstəyinə arxalanmaqla yanaşı prezident seçkisində Rusiyanın da artan təzyiqlərini dayandıra bilib."
İndi İbrahimbəyovun seçkidən sonra vəziyyətin fərqli ola biləcəyi və məhz 9 oktyabrdan sonra Rusiya vətəndaşlığından çıxıb- çıxmayacağı məsələsini deməsinə bu konteksdən yanaşmaq lazımdır. Məhz Rusiya ilə Azərbaycan arasındakı danışıqların ikinci və əsas raundu da seçkilərdən sonra başlayacaq. Ehtimal ki, İlham Əliyev strateji məsələlərdə Azərbaycanın ziyanına işləyə biləcək hər hansısa razılaşmaya getməyəcək. Məsələn, Gömrük İttifaqına qoşulma, Avrasiya İttifaqına üzv olma və sair məsələlərdə. Məhz bundan sonra "İbrahimbəyov kartı" yenidən işə düşə bilər. Üstəlik bura "Milyarderlər İttifaqı"nı da əlavə etsək, seçkidən sonrakı siyasi mənzərə tamamilkə aydınlaşır.
"Milyarderlər İttifaqı" demişkən, dünən Türkiyədə və demək olar ki, bütün dünyada maraqla izlənilən "Kurtlar Vadisi" serialında Azərbaycanın adının çəkilməsi və Rusiyadakı azərbaycanlı oliqarxlar tərəfindən yaradılan adı çəkilən qrumun ölkəmizə təhdid olması haqqında filimdə nümayiş olunanlar sıradan bir hadisə kimi sayılmamalıdır. Bunun Azərbaycandan sifariş edilməsi haqqında mətbuatda yazılanların da ciddi əsası yoxdur. Hərçənd ki, serialın qəhrəmanı Polad Ələmdarın Azərbaycan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yeyib-içən yerdə fotoları yayılmışdı, amma məsələnin bu qədər bəsit olması inandırıcı görünmür. "Kurtlar Vadisi" serialının Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana bağlı olması və hətta serialın hər bölümü hazırlandıqdan sonra şəxsən baş nazirin özünün efirə getməzdən əvvəl baxışdan keçirdiyi haqda məlumatlar çoxdan var. Hətta Türkiyə mətbuatı belə bir müddət bundan öncə bu haqda yazmışdı. Deməli , məsələ olduqca ciddidir. Məhz bu səbəbdən də, Ərdoğan Azərbaycana Rusiyanın təhdidləri qarşısında dəstəyini ifadə edir. Serialın dili ilə. Azərbaycanın yeganə "Oskar" mükafatçısı İbrahimbəyov isə...
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53