Məmurların “dərman biznesi”nin müdhiş gizlinləri
11:38 08-10-2013
İQTİSADİYYAT
Məmurların “dərman biznesi”nin müdhiş gizlinləri
Saxta dərmanlar Azərbaycana haradan və hansı yollarla gətirilir?
Heç, kim dana bilməz ki, Azərbaycana daxil olan dərmanların böyük əksəriyyətinin keyfiyyət parametrləri xeyli aşağıdır. Elə bu səbəbdən də həmin dərmanlar heç bir dərdə dava olmur. Xəstəlik üzündən apteklərə üz tutan xəstələr dərman alıb, bir müddət qəbul etsələr də, heç bir faydasını görmürlər. Halbuki, qabaqlar dərman preparatlarının bir neçəsindən istifadə edəndən sonra hər hansı xəstənin səhhətində yaxşılığa doğru irəliləyiş hiss olunurdu. İndi bəzən hər hansı dərmandan 10-nu qəbul etsən belə, yaxud da 10 iynə vurdursan, bunun xeyrini görə bilmirsən. Hiss edirsən ki, xəstəliyin tam sağalmayıb və onun fəsadları hələ də qalır.
Keyfiyyətsiz dərmanların ölkəyə gizli yolla yox, elə aşkar şəkildə daxil olduğu bildirilir. Məlumata görə, xaricdən ölkəyə dərman preparatları sifariş edən bəzi firmalar istehsalçı şirkətlə anlaşaraq, bir flakon dərmanın tərkibində olan vacib elementi bir neçə flakona qatmaqla dərmanın təsir keyfiyyətini “öldürür”. Xəstəliyin sağalması üçün gərəkli olan maddənin dozası azaldıqca keyfiyyət də aşağı düşür. Belə olan halda qəbul edilən dərman da öz effektivliyini itirir. Keyfiyyətsiz dərmanlarla bağlı bir çoxları həyəcan təbili çalır.
Ötən saylarımızda da xəbər verdiyimiz kimi, son vaxtlar Səhiyyə Nazirliyi ölkə apteklərində keyfiyyətsiz dərmanların satılması ilə bağlı yoxlamalar aparıb. Nazirliyin Dərman vasitələrinin analitik ekspertizasi mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsi 2013-cü ilin birinci rübü ərzində əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədilə reydlər keçirib. Bu reydlərdə ümumilikdə 68 aptekdə yoxlama aparılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan bir aptek aşkarlanıb. Həmin aptekin fəaliyyəti dayandırılıb.
Keçirilən reydlər nəticəsində yararlılıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.
Faktlardan göründüyü kimi, bir neçə reyddə respublika ərazisində fəaliyyət göstərən apteklərdə bu qədər nöqsanlar üzə çıxıb.
Hesablamalara görə, dünyada saxta dərman dövriyyəsi 20-60 faizdir. Bu rəqəm digər ölkələrə baxanda Azərbaycanda faciəvi həddə olmasa da, 30 faizdir. Təbii ki, bu faiz az deyil və düşünməyinə dəyər. Əgər əvvəllər dərmanlar ölkəmizə müxtəlif firmalar tərəfindən gətirilirdisə, indi bu, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Bəzi ekspertlər, məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dünyada saxta dərmanları ifşa etmək mexanizmi yoxdur: “Gömrükdən minlərlə konteyner dərman keçirilir. Saxta dərman istehsalçısı bu dərmanların tərkibinə minlərlə komponentdən birini vurmur və məhz həmin qutuda olan dərmanların konteynerin hansı tərəfinə qoyulduğu bilinmir. Beləliklə, keyfiyyətli dərmanla birgə ölkəyə keyfiyyətsiz məhsullar də daxil olur”.
Bəzi mütəxəssislər bu sahədə ciddi iş aparlmasına rəğmən, saxta dərmanları aşkarlamağın o qədər də asan məsələ olmadığı qənaətindədir. Hətta dünyaya dərman xammalının böyük hissəsini verən Hindistanda belə saxta dərmanlar var.
Araşdırmalara görə, ölkəmizə dərman vasitələri daha çox məhz Hindistandan idxal olunur. Saxta dərmanların ikinci dəfə saxtalaşdırılması isə artıq Azərbaycanın özündə baş verir. İkinci dəfə dərmanın tərkibində olan təsiredici maddələrin azalması isə sonradan heç bir effekt vermir.
Eyyub Hüseynov və digər bir çox ekspertlərin qənaətincə, saxta dərmanların Azərbaycan bazarında yayılmasının əsas səbəbkarları yerli biznes qurumlarıdır. Belə ki, biznesmenlərin dərman gətirdikləri ölkələrdə məhsulların orijinal variantları da var. Amma daha çox pul qazanmaq üçün saxta dərmanları ucuz alıb baha qiymətə Azərbaycan istehlakçısına satırlar. Həkimlər də biznes qurumlarının təsiri altındadır. Yəni onlar belə dərmanların vətəndaşlara sırınmasında vasitəçi kimi çıxış edirlər.
Keyfiyyətsiz dərman satanların digərlərindən bir fərqi də ondadır ki, onları satan şəxsə satış müqabilində daha çox “haqq” verirlər. Bu isə asan gəlir əldə etmək istəyənləri şirnikləndirir.
Bəzi mütəxəssislər istisna etmirlər ki, saxta dərman biznesində payı olan sahibkarların arxasında hansısa məmurlar dayanırlar. Onlar belə sahibkarları ya birbaşa, ya da dolayı yollarla himayə edirlər. Əks halda dərman işbazlarının bu qədər asanlıqla və rahatlıqla at oynatması qeyri-real görünür.
Proseslərin hazırki gedişi isə onu deməyə əsas verir ki, bu cür məmurları yaxın gələcəkdə yaxşı heç nə gözləmir. Saxta dərman biznesinə qarşı aidiyyatı hökumət strukturları ilə mətbuatın, müstəqil ekspertlərin həmrəy mübarizəsi tezliklə onları öz haram qazanclarından məhrum edə bilər.Mövzuya qayıdacağıq.
Qabil Qaliboğlu
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34