Məmurlar təşviş içində
15:09 15-10-2013
İQTİSADİYYAT
Məmurlar təşviş içində
Əli Əhmədov:-“ Kadr islahatları həyata keçiriləcək”
Prezident seçkiləri sona çatdı.Və gözlənildiyi kimi prezident İlham Əliyev parlaq qələbəsini qazandı. Bundan sonra isə diqqət həyata keçiriləcək islahatlara yönəldi. Belə ki, konstitusiyaya görə yeni prezident seçiləndən sonra Nazirlər Kabineti buraxılır və yeni kabinet formalaşır.
Ekspertlər hesab edir ki, bu dəfə Nazirlər Kabinetində ciddi islahatlar olacaq, hətta baş nazirdə dəyişəcək. Həmçinin nazirlərlə yanaşı əksər icra başçısıda postu ilə vidalaşacaq. Çünki son zamanlar yerli strukturlardan kifayət qədər şikayətlər gəlir və bunu prezidentin özüdə qeyd edib. İslahatların başqa bir səbəbi isə odur ki, bir sıra məmurlar 20 ildən çoxdur ki, eyni postda oturublar və demək olar ki, yaşları 70-dən çoxdur. Qanunvericiliyə görə isə bu şəxslər postları ilə vidalaşmalıdırlar. Başqa bir arqument isə budur ki, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparılır və bildirilir ki, seçkilərdən sonra bu proses daha da sürətləndiriləcək. Belə olan halda cəmiyyətdə imicini ləkələmiş məmurların oyundan çıxarılması qaçılmaz olacaq.Və artıq kadr islahatları ilə bağlı ilk həyacan siqnalı gəldi.“Ölkədə prezident seçkiləri keçirilməklə beş illik bir mərhələyə yekun vurulub. Yeni beş illik mərhələyə start veriləcək ki, bu mərhələdə bir sıra islahatlar da nəzərdə tutulub”.Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib. O bildirib ki, yeni mərhələnin başlanması ilə qarşıda, prezidentin də bəyan etdiyi kimi, bir çox proqram məsələlərin həll edilməsi vəzifəsi dayanır: “İslahatlar həyata keçiriləcək və bunun arasında kadr islahatlarının həyata keçirilməsi də olacaq. Amma xatırlatmaq istəyirəm ki, bu sahədə yeganə qərar verəcək şəxs Azərbaycan prezidenti İlham Əliyevdir. Hər halda gözləyək. Nələr olacağını hamımız görəcəyik”.Müşahidəçilər bildirir ki, onsuzda gərginlik keçirən məmurlar bu açıqlamadan sonra sözün həqiqi mənasında təşvişə düşüblər. Belə ki, əksər rayon icra hakimiyyəti başçılarına hələ seçkilərdən qabaq dəfələrlə ən yüksək səviyyələrdə xəbərdarlıqlar edilmişdi və prezident bildirmişdi ki, insanları incidən,sahibkarları abadlıq işlərinə cəlb edənlər postlarından uzaqlaşdırılacaq. Amma bu xəbərdarlığa baxmayaraq yenədə bəzi məmurlar və icra başçıları ciddi qanun pozuntularına yol verdilər. Hətta aydın oldu ki, indiyə qədər İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev indiyə qədər abadlıq işlərinə cəlb etdirdiyi sahibkarların pullarını verməyib. Bundan başqa aydın olur ki, elə rayonlar var ki, bu rayonlara dəfələrlə pullar ayrılsada bölgədə bir qarışda olsa abadlıq işləri həyata keçirilməyib. Ekspertlər bildirir ki, bir sıra məmurların təşvişə düşmələri həm də nazirlərlə bağlıdır. Belə ki, əksər icra hakimiyyəti başçıları hansısa nazirlərin himayəsində olublar və demək olar ki, onların idarəetməsi bilavasitə nazirlərin göstərişindən aslıdır. İndi isə bu nazirlər postlarını itirəcəksə,sözsüz ki, himayələrində olan icra başçılarıda postları ilə vidalaşacaqlar. Beləliklə hesab etmək olar ki, Prezident İlham Əliyevin yeni prezidentlik dönəmində köhnə komandanın xeyli hissəsi siyasi mühitdən kənarlaşacaqdır.
Bu isə sözsüz ki, cəmiyyətin inkişafı üçün çox vacibdir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34