Prezident ilham Əliyev əfv sərancamı imzaladı
15:10 15-10-2013
İQTİSADİYYAT
Prezident ilham Əliyev əfv sərancamı imzaladı
Fərhad və Rafiq Əliyev qardaşları azadlığa çıxdı
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında azadlığa buraxılacaq məhkumlar arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və omun qardaşı - "Azpetrol" şirkətinin keçmiş sahibi Rafiq Əliyevin də adı var.
Qeyd edək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev 9 oktyabr seçkilərində prezident İlham Əliyevə səs vermişdilər. Ondan öncə isə əfvlə bağlı ölkə başısına müraciət etmişdilər.
Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20