Bəzi icra başçılarından sahibkarlara bəd xəbər
15:15 15-10-2013
İQTİSADİYYAT
Bəzi icra başçılarından sahibkarlara bəd xəbər
İş adamlarını gələn il hansı çətinliklər gözləyir?
Hökumətin iqtisadi siyasəti nəticəsində ölkənin büdcəsində gəlirlər azalıb. 2014-cü ildə sahibkarlar, iş adamları, kiçik və orta bizneslə məşğul olan vətəndaşları ciddi problemlər gözləyir. Ekspertlərin fikrincə, hökumət büdcə problemlərini kiçik biznesin hesabına vergi və gömrükdə sərt tədbirlər hesabına həll etmək istəyir.
Onlar hesab edir ki, ölkədə iqtisadi və investisiya layihələri üçün heç bir ciddi zəmin yoxdur, Ona görə 2014-cü ildə dövlət büdcəsinin gəlirlər hissəsində 4% azalma olduğu halda vergi və gömrük mədaxili hesabına gəlirləri 15% artırmaq real görünmür.
Ekspertlərə görə, 2014-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, vergi orqanları yığımda 712 mln, gömrükçülər 130 mln manat artıma nail olmalıdır. Əgər iri biznesin əsasən oliqarxların əlində cəmləndiyi nəzərə alınsa, büdcəyə 1,1 mlrd. dollar məbləğində artımın yükü kiçik və orta biznesin üzərinə düşəcək. Bu vəziyyətdən çıxış yolu kimi sahibkarlara təklif edilir ki, bütün bunlardan qorunmaq üçün ictimai birliklər yaratsınlar.
Məlumata görə, bu ilin dördüncü rübündən sadələşdirilmiş vergi üzrə rüblük məzənnə artmağa başlayıb.
Bütün bunların fonunda sahibkarlara ən böyük zərbənin icra başçılarından dəyəcəyi proqnozlaşdırılır. Belə ki, ölkə büdcəsində gəlirlərin azalması ilə onsuz da çətin vəziyyətdə qalacaq əyalətlərdəki iş adamlarının bəzi icra başçılarının “abadlıq və quruculuq işləri”ndə yenə əsas rol oynamağa məcbur ediləcəklərini təxmin etmək çətin deyil.
Doğrudur, prezident şəxsən bu məsələ ilə bağlı bir neçə ay əvvəl sərt xəbərdarlıq etmiş və icra hakimiyyəti rəhbərlərinin sahibkarlardan sui-istifadə hallarına son qoyulmasını tələb etmişdi. Amma bəzi icra başçılarının ölkə rəhbərliyinin sərt xəbərdarlığına və göstərişlərinə rəğmən öz ənənəvi metodlarına sadiq qalacaqları istisna olunmur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20