ABŞ Azərbaycanı şantaj edir
11:35 18-10-2013
CƏMİYYƏT
ABŞ Azərbaycanı şantaj edir
Qarşılıqlı ittihamlar ciddiləşir
ABŞ-Azərbaycan münasibətləri yenidən gərginləşib. Belə ki, seçkilər sona çatandan sonra ABŞ Dövlət Departamenti ümumi rəyi gözləmədən bir təşkilatın rəyinə əsaslanaraq Azərbaycanda keçirilən seçkiləri normalara cavab verməyən seçkilər kimi dəyərləndirdi. Bundan başqa bu günə qədər rəsmi olaraq Azərbaycana təbrik göndərilməyib. ABŞ-in bu addımı isə sözsüz ki, Azərbaycan tərəfini qane edə bilməzdi və bununla bağlı bir sıra rəsmi açıqlamalar oldu ki, bunların içində PA rəhbəri Ramiz Mehdiyevin açıqlaması kifayət qədər şok yaradacaq açıqlama idi. Bu açıqlama isə qarşı tərəfdən təkzib edildi. Amma Azərbaycan tərəfi haqlı olduğunu bəyan edir.
“2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ-ın rəsmiləri prezident İlham Əliyevin alternativsiz olduğu, yüksək reytinqə malik olması və dövlət başçısının geniş sosial-iqtisadi proqramların həyata keçirməsi nəticəsində əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyirdilər".Bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ABŞ Dövlət Departamentinin mətbuat katibinin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “ABŞ bizə 74-75%-lə kifayətlənməliyik deyirdi” bəyanatına münasibətini şərh edərkən deyib.“Dövlət Departamentinin mətbuat xidməti tərəfindən təkzibə gəldikdə isə demək lazımdır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmləri ABŞ tərəfi, konkret olaraq səfir Morninqstar Azərbaycan Prezidenti Administrasiyası və hökumət nümayəndələri ilə görüşlərdə deyib. Biz bağlı qapılar arxasında görüşlərdə bir şey deyib mətbuat üçün başqa açıqlama verilməsini qəbul edə bilmərik. ABŞ Dövlət Departamentinin mövqeyinə gəldikdə isə demək lazımdır ki, onların təkzibinin və real addımlarının nə olduğunu dünya WikiLeaks məsələsinin nümunəsində gördü” - deyə Aslanov bildirib. Amma məsələ tək bununla kifayətlənmir. Həm də ABŞ səfiri ilə Müdafiə Nazirimiz arasındakı görüşdə qalmaqala çevrilməkdədir. Belə ki, MN mətbuat xidmətinin oktyabrın 14-də yaydığı məlumatda bildirilir ki, müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşdə prezident seçkilərinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. Nazir bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını ifadə edib. Nazir bildirib ki, son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır. Nazirin fikrincə, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil.Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir isə deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb.Lakin ABŞ-ın Azərbaycandakı səfirliyi səfir R. Morninqstarın görüşdə belə fikirlər işlətmədiyini açıqlayıb.S. Əbiyevin seçkilərlə bağlı açıqlamaları isə bəzi şəxslər tərəfindən narazılıqla qarşılanıb, müdafiə nazirinin siyasi bəyanat verməsinin düzgün olmadığı vurğulanıb.Buna cavab olaraq Müdafiə Nazirliyi növbəti açıqlama ilə çıxış edib. “Müdafiə naziri vəzifəsi siyasi postdur. Həmin görüşdə isə nazir Səfər Əbiyev daha çox vətəndaş mövqeyindən çıxış edib”.Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. “Məlum görüşü məqsədli şəkildə başqa məcraya yönəldirlər. Bununla belə, onların Amerikaya vurğunluqlarına bir etirazımız yoxdur. Lakin onu da unutmaq lazım deyil ki, müdafiə naziri vəzifəsi siyasi postdur. Həmin görüşdə isə nazir Səfər Əbiyev daha çox vətəndaş mövqeyindən çıxış edib. Burda nə qəbahət var ki?” - deyə, E. Sabiroğlu vurğulayıb.Ekspertlər hesab edir ki, bu gərginlik bir müddət də davam edə bilər. Amma bu iki dövlət münasibətlərinə köklü təsir etməyəcək. Çünki ABŞ üçün Azərbaycan artıq regionda yeganə strateji müttəfiqdir və ABŞ Azərbaycandan bu şəkildə imtina edərsə bu o deməkdir ki, Amerika bir dəfəlik bölgəni tərk etməlidir. Bunu isə ABŞ heç vaxt həzm edə bilməz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00